İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında bir gündə ən azı 32 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib.
Departamentin Facebook səhifəsində dərc edilmiş bəyanatda qeyd edildiyi kimi, son 24 saat ərzində Qəzza zolağında 32 nəfər həlak olub, daha 59 nəfər yaralanıb. Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 2023-cü ilin oktyabrında anklavda keçirdiyi əməliyyatdan sonra həlak olanların sayı 34 183 nəfərə, yaralıların sayı isə 77 143 nəfərə çatıb.