Futbol üzrə İtaliya çempionatının 33-cü turunun matçında “Milan”ı 2:1 hesabı ilə məğlub edən “İnter” vaxtından əvvəl turnirin qalibi olub.
Ucnoqta.az xəbər verir ki, qolları "İnter"dən Françesko Acerbi (18) və Markus Tyuram (49) vurub." Milan"dan isə Fikayo Tomori (80) qola imza atıb.
“İnter” 86 xal toplayıb və çempionatın başa çatmasına 5 tur qalmış rəqibi üçün əlçatmaz olub. “Milan” 69 xalla 2-ci yerdədir.