KTMT-yə etibar etmək olmaz və onun erməni cəmiyyətinin sualına cavabı yoxdur, niyə belə vəziyyətdə təşkilatda qalır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, ölkələr KTMT-yə üzv olduqları üçün Ermənistana silah satmaqdan imtina ediblər.
"Əgər biz etibar edilməməsi lazım olan bir təşkilata arxalansaq, o zaman nəinki biz, başqaları da ona arxalana bilməz. Bu, təşkilatın reaksiyasına və bəzi KTMT-yə üzv ölkələrin verdiyi bəyanatlara əsaslanır. Ermənistan cəmiyyəti bizdən soruşur. Niyə KTMT-nin üzvü olaraq qalmağa davam edirsiniz və düzünü desəm, bu suala cavabım yoxdur”, - Paşinyan bildirib.
"Tərəfdaşlarımız sərhədimizə müşahidəçilər və ya sülhməramlılar göndərməyi təklif ediblər. Lakin onlar gəlsəydilər, müşahidəçi və ya sülhməramlı kimi deyil, müttəfiq qoşunları kimi çıxış etməli olacaqlar. Hazırda biz KTMT-də iştirakımızı praktiki olaraq dayandırmışıq, belə vəziyyət davam edərsə, biz geri dönüşü olmayan nöqtəyə gələ bilərik”, - Paşinyan bildirib.