Xarkov vilayətində teleqüllə aşıb
Ucnoqta.az xəbər verir ki, Xarkovdakı televiziya qülləsi Rusiya Aerokosmik Qüvvələrinin zərbəsindən sonra yarıdan aşıb.
Xatırladaq ki, 6 mart 2022-ci ildə Xarkova hava hücumu zamanı Rusiyanın Su-34 bombardmançı təyyarəsi televiziya qülləsinə iki bombalı hücum həyata keçirib. Təyyarə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri tərəfindən vurulub, pilot havadan atılıb və əsir götürülüb.
Zərbədən sonra televiziya qülləsi bir müddət sıradan çıxıb, dayaqları zədələnib, lakin yıxılmamışdı.