İraq hər cür terrordan təmizlənməlidir - Ərdoğan

15:49 - 22 Aprel 2024 - DÜNYA

İraq hər cür terrordan təmizlənməlidir.

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdada səfəri zamanı deyib.

Ərdoğan Bağdadda İraq prezidenti Əbdül Lətif Rəşid ilə görüşdə ikitərəfli əlaqələr, İsrailin Qəzza zolağına hücumları, regional və qlobal problemlər, terrorizmlə mübarizə müzakirə edib. Görüşdə prezident Ərdoğan Türkiyənin terror təşkilatı PKK ilə mübarizə kontekstində İraqa ümidlərinin olduğunu və İraqın hər cür terrordan təmizlənməsi lazım olduğunu söyləyib.

Ərdoğan həmçinin qeyd edib ki, İraqın sabitliyi naminə mərkəzi hakimiyyət orqanları ilə kürd muxtariyyətinin rəhbərliyi arasında münasibətlərin düzgün istiqamətdə inkişaf etməsi lazımdır.

Onun sözlərinə görə, Ankara ilə Bağdad arasındakı münasibətlər və iki ölkənin əməkdaşlığı gücləndirmək üçün atacağı addımlar “regional inkişafa və çiçəklənməyə töhfə verəcək”.

Xəbər xətti