Dünyanın ən böyük tikinti materialları istehsalçısı olan Almaniyanın Knauf şirkəti Rusiyadakı biznesini yerli idarəetməyə keçirməyi planlaşdırır.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Knauf Qrupu 30 ildən artıq Rusiyada işləyir. Hesabatda bildirilir ki, şirkət gələcəkdə 4000-dən çox insan üçün iş yerlərini qorumaq üçün ölkədəki bütün biznesi yerli idarəetməyə vermək niyyətindədir.
Əməliyyatı başa çatdırmaq üçün hələ Rusiya hakimiyyət orqanlarından icazə alınmayıb.
Başqa təfərrüatlar verilməyib.