Tokio Pxenyana etiraz etdi

11:53 - 22 Aprel 2024 - DÜNYA

KXDR tərəfindən Yapon dənizinə doğru atılan ballistik raket 250 km-dən çox uçub və maksimum uçuş hündürlüyü təxminən 50 km olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi məlumat verib.

 Hayaşi həmçinin KXDR tərəfindən buraxılan raketin Yaponiya dənizindəki Yaponiyanın müstəsna iqtisadi zonasından (EEZ) kənara düşdüyünü bildirib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi həmçinin bildirib ki, raketin buraxılması nəticəsində dağıntılar və tələfatlar barədə məlumat yoxdur.

Xəbər xətti