Belçika Ukraynaya 200 milyon avro ayırıb

11:03 - 22 Aprel 2024 - DÜNYA

Belçika Çexiya təşəbbüsü çərçivəsində Kiyevə mərmilərin alınması üçün 200 milyon avro ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Aja Labib Lüksemburqda Avropa İttifaqının xarici işlər və müdafiə nazirlərinin görüşünə gələrkən deyib. .

"Belçika Çexiya təşəbbüsünün bir hissəsi olaraq artıq 200 milyon avro ayırıb. Mən bizə daha çox milyonlarla avro ayırmağımızı müdafiə edəcəm, çünki biz Ukraynanın yenidən qurulmasına sərmayə qoyarkən indi onun hərbi sistemini gücləndirmək daha vacibdir və Rusiyanın irəliləməsinə və Avropaya yaxınlaşmasına mane olmaq” - nazir qeyd edib.

Xəbər xətti