İran prezidenti Pakistana rəsmi səfərə gedib

10:31 - 22 Aprel 2024 - DÜNYA

İran prezidenti İbrahim Rəisi aprelin 22-dən 24-dək davam edəcək üç günlük rəsmi səfərlə Pakistana gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Radio Pakistan dövlət yayım korporasiyası məlumat yayıb.

Qeyd olunur ki, onu Nur Xan hava limanında Pakistanın federal mənzil və ictimai işlər naziri Riaz Hüseyn Pirzada hərarətlə qarşılayıb. Rəisi xanımı və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər hökumət üzvlərinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti, eləcə də biznes nümayəndələri müşayiət edir.

Bazar ertəsi İran prezidenti Pakistanın baş naziri Şahbaz Şəriflə görüşəcək. Eyni zamanda, nümayəndə heyətləri səviyyəsində danışıqlar aparılacaq. Səfər çərçivəsində Raisi Pakistan prezidenti Asif Əli Zərdari və İslam Respublikası parlamentinin yuxarı və aşağı palatalarının sədrləri ilə də görüşəcək. Bundan əlavə, İran prezidenti Lahor və Kəraçiyə səfər edəcək.

Xəbər xətti