ABŞ və Filippin Cənubi Çin Dənizində (SCS) artan gərginlik fonunda illik Balikatan 2024 hərbi təlimlərinə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABS-CBN News məlumat yayıb.
Balikatan 2024-ün sözçüsü Maykl Logico bildirib ki, təlim ilk dəfə Filippin ərazi sularından kənarda, Filippin sahil zolağından təxminən 22 km aralıda keçiriləcək. ABS-CBN News həmçinin ABŞ-ın Filippində SM-6 zenit idarəolunan raketlərini yerləşdirdiyini, lakin Balikatan 2024 sözçüsü silahların təlim zamanı istifadə edilməyəcəyini bildirib.