Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Tacikistana səfər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın xarici siyasət idarəsindən məlumat verilib.
Bildirilir ki, səfər çərçivəsində o, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən qəbul olunacaq, həmçinin xarici işlər naziri Sirojiddin Muxriddin ilə görüş keçiriləcək. Tərəflər iki ölkə arasında mövcud vəziyyəti və əməkdaşlığın perspektivlərini, həmçinin regional məsələləri müzakirə edəcəklər
Departament qeyd edib ki, Kemeronu Düşənbə Beynəlxalq Hava Limanında xarici işlər nazirinin birinci müavini İsmətullo Nəsrəddin və digər rəsmi şəxslər qarşılayıblar.
Tacikistan Xarici İşlər Nazirliyi səfərin başqa təfərrüatlarını açıqlamayıb.