İraq İslami Müqavimət Hərəkatına aid silahlı şiə birləşmələri Suriyadakı bazalarda yerləşən Amerika qüvvələrinin istifadə etdiyi Harrab əl-Cəirdəki hərbi aerodromu raketlərlə atəşə tutub.
Ucnoqta.az Shafaq News-a istinadən xəbər verir ki, zərbə İraq ərazisindən Mosul şəhərinin şimal-qərbindəki Həməd Ağa bölgəsindən (Bağdaddan 400 km aralıda) endirilib. Onun sözlərinə görə, aerodromda bir neçə güclü partlayış səsi eşidilib və qalın tüstü sütunu səmaya qalxıb.