Dubay hava limanı normal vəziyyətinə qayıdır

00:01 - 22 Aprel 2024 - DÜNYA

BƏƏ-də rekord leysan yağışları nəticəsində sıradan çıxan Dubay Beynəlxalq Hava Limanı normal fəaliyyətinə qayıdır. 

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, hər üç terminal adi qaydada sərnişinlərə xidmət göstərir.

Ləğv edilmiş və ya gecikmiş bəzi beynəlxalq uçuşlar istisna olmaqla, təyyarələr planlaşdırıldığı kimi gəlir və yola düşür.

Hava limanının rəsmiləri bildiriblər ki, dünyanın ən böyük nəqliyyat mərkəzlərindən birində əməliyyatlar şənbə günü tam bərpa edilib.

Xəbər xətti