Bərdə-Tərtər yolunda 27 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, 1997-ci il təvəllüdlü İsmayıllı Kamal Adil oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Yol qəzasında sürücü xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.