Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, Masallı rayonu ərazisində yerləşən “Tüklə” qazpaylayıcı stansiyada əhali xəttinin üzərində quraşdırılmış diametri 200 mm-lik siyirtmənin əvəzlənməsi nəzərdə tutulur.
Bu məqsədlə Boradigah, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Məmmədoba, Ninəlov, Qodman, Böyük Kolatan, Şatıroba, Mahmudovar, Tüklə və Bədəlan kəndlərində ümumilikdə 8900 abonentin qaz təchizatının 22 aprel saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.