İndoneziyada vulkan püskürdü - 40 aviareys təxirə salınıb

15:34 - 19 Aprel 2024 - DÜNYA

Şimali Sulavesi əyalətində Ruanq vulkanının püskürməsi nəticəsində İndoneziyada ən azı 40 aviareys təxirə salınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Detik” portalı məlumat yayıb.

Cədvəldəki dəyişikliklər əsasən Manado şəhərinin (Şimali Sulavesi əyalətinin inzibati mərkəzi) hava limanından keçən marşrutlara təsir edib. O, vulkanik külün mühərriklərə daxil olması riski səbəbindən ərazidəki təyyarələrin uçuşlarının təhlükəli hesab edildiyi üçün aprelin 17-də fəaliyyətini dayandırıb. 

Xəbər xətti