Aİ 14-cü anti-Rusiya sanksiyalar paketi hazırlayır

13:28 - 19 Aprel 2024 - DÜNYA

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı mövcud məhdudlaşdırıcı tədbirlərdən yan keçənlərə qarşı yönələcək 14-cü anti-Rusiya sanksiyalar paketini hazırlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

“Hazırda biz Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyirik, o, məhdudiyyətlərin qarşısının alınmasına qarşı mübarizə aparmağa yönələcək və artıq onları yayındıranlara qarşı sanksiyaları əhatə edəcək” -o, deyib.

Avropalı diplomat növbəti sanksiyalar paketinin dəqiq nə vaxt təqdim ediləcəyini açıqlamayıb.

Xəbər xətti