Avropa İttifaqı Rusiya Federasiyasına qarşı mövcud məhdudlaşdırıcı tədbirlərdən yan keçənlərə qarşı yönələcək 14-cü anti-Rusiya sanksiyalar paketini hazırlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
“Hazırda biz Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyirik, o, məhdudiyyətlərin qarşısının alınmasına qarşı mübarizə aparmağa yönələcək və artıq onları yayındıranlara qarşı sanksiyaları əhatə edəcək” -o, deyib.
Avropalı diplomat növbəti sanksiyalar paketinin dəqiq nə vaxt təqdim ediləcəyini açıqlamayıb.