Ermənistan polisi İrəvanda yerləşən Rusiya-Ermənistan Universitetində bomba olması barədə siqnal alıb.
Ucnoqta.az-ın məlumatına görə, RİA Novosti bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, bu gün Daxili İşlər Nazirliyinə Rusiya-Ermənistan Universitetində partlayıcı qurğu qoyulması barədə siqnal daxil olub. Hadisə yerində əməliyyat qrupları işləyir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.