İsrail qırıcıları Suriyada aerodroma zərbələr endirib

10:41 - 19 Aprel 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın cənubundakı Quneytra və Əs-Suveyda əyalətlərində Suriya hərbçilərinin mövqelərinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, Əl-Ərəbiyyə telekanalının məlumatına görə, zərbələrdən biri bir neçə partlayış səslərinin eşidildiyi Təlaa hərbi aerodromuna endirilib.

Məlumata görə, hava hücumu yerli vaxtla təxminən 03:00-da, yəni İsrailin pilotsuz təyyarələrin İran ərazisinə hücumu ilə eyni vaxtda həyata keçirilib.

Yerli mənbələrin “Al Arabiya”ya verdiyi məlumata görə, hücum nəticəsində Korfu və Ezraa şəhərləri arasındakı magistral yolda yerləşən hərbi obyektdə yerləşən radar stansiyası sıradan çıxıb. Digər təfərrüatlar verilmir.

Suriya Silahlı Qüvvələrinin komandanlığı İsrailin iddia edilən hücumu ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Xəbər xətti