İsrail İrana hücuma görə məsuliyyəti üzərinə götürməyəcək

10:30 - 19 Aprel 2024 - DÜNYA

İsrail hakimiyyəti strateji səbəblərə görə İran ərazisinə edilən hücuma görə rəsmi olaraq məsuliyyəti üzərinə götürməyəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti ölkənin hökumət və təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

“Gözə göz, dişə diş İsrail hücuma məruz qaldığı kimi zərbə vurdu" -mənbə deyib.

O, bildirib ki, yəhudi dövləti hücuma görə məsuliyyəti üzərinə götürməyəcək, çünki Tehran hadisəni “zavodda partlayış” adlandırır və eskalasiyanın qarşısını almaq istəyir. İsrail mənbələri də nəşrə bildiriblər ki, onlar Pentaqonun İsrailin hücumda iştirakı ilə bağlı məlumatı mətbuata açıqlamasının səbəbini anlamırlar.

Xəbər xətti