Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 təyyarəsi Stavropol diyarında qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, 3 ekipaj üzvü xilasedicilər tərəfindən təxliyyə edilib, daha bir pilotun axtarışları davam etdirilir.
Departamentin məlumatına görə, Tu-22M3 ilə qəzaya ilkin olaraq texniki nasazlıq səbəb olub.