Nigeriyanın şimal-şərqində yük maşınının minaya düşməsi nəticəsində azı 10 nəfər ölüb, 23 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Partlayışın qurbanlarının Çad gölünə gedən balıqçılar və fermerlər olduğu qeyd edilib. Hakimiyyət terror hücumunu ölkənin bu hissəsində fəaliyyət göstərən radikal qruplaşmaların yaraqlılarının üzərinə qoyub.