Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) Hindistan tərəfindən hazırlanmış Yerli Texnologiya Kruiz Raketini (ITCM) uğurla sınaqdan keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Raketin performansı çoxsaylı sensorlar və radarlar, həmçinin Hindistan Hərbi Hava Qüvvələrinin təyyarələrindən istifadə edilməklə izlənilib.
Nazirliyin qeyd etdiyi kimi, raket Banqalordakı DRDO laboratoriyası tərəfindən digər tədqiqat mərkəzləri və Hindistan müəssisələrinin iştirakı ilə yaradılıb.