Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirini casusluqda şübhəli bilinən şəxslərin həbsindən sonra çağırıb.
Ucnoqta.az-ın məlumatına görə, “Bild” qəzeti iddia edir ki, Almaniyanın xarici işlər naziri Annalena Barbok Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilinən iki nəfərin saxlanılması ilə əlaqədar Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi çağırıb.
Cümə axşamı Almaniya Baş Prokurorluğu iki nəfərin Rusiyanın xeyrinə kəşfiyyat fəaliyyətində şübhəli bilinərək saxlanıldığını elan edib.