İspaniyalı batut tullanmaçısı Maria Herrance Gomez 17 yaşında menengit xəstəliyindən dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə idmançının məşq etdiyi Kabanillas del Kampo şəhər şurasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğv edilib.
Qomez 2024-cü ilin noyabrında İngiltərənin Birmingem şəhərində keçirilən Dünya Çempionatında İspaniya milli komandasının heyətində yarışıb.