Sankt-Peterburqda Avtovo - Predportovaya hissəsində yük qatarının 5 vaqonu relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, xəsarət alan olmayıb.
Sankt-Peterburq Nəqliyyat Prokurorluğu vaqonların relsdən çıxması ilə əlaqədar dəmir yolu nəqliyyatının istismarı zamanı təhlükəsizlik qanunvericiliyinin yerinə yetirilməsini yoxlayır.