Burkina Faso Xarici İşlər Nazirliyi üç fransız diplomatını “təxribat fəaliyyətinə görə” persona non qrata elan edib və onlara ölkə ərazisini tərk etməyi əmr edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) Fransanın Uaqaduqudakı səfirliyinin aldığı notaya istinadən məlumat yayıb.
Bildirilir ki, üç diplomat yaxın 48 saat ərzində Burkina Faso ərazisini tərk etməlidir. AFP-nin məlumatına görə, üç diplomatdan ikisi siyasi məsləhətçi olub.