Hindistan öz hava qüvvələri üçün xaricdən altı yanacaq dolduran təyyarə almaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın Indian Defence News portalı məlumat yayıb.
Söhbət hindlilərin Boeing 767 təyyarəsi əsasında hazırlanmış Boeing KC-46 Pegasus və ya çoxməqsədli Airbus A330 MRTT tankerini almasından gedir.
Hazırda Hindistan Hərbi Hava Qüvvələri öz təyyarələrini yanacaqla doldurmaq üçün Sovet istehsalı olan və 30 ildən çox yaşı olan İl-78 təyyarələrindən istifadə edir.