Blinken aprelin 23-də Çinə səfər edəcək

00:01 - 18 Aprel 2024 - DÜNYA

ABŞ dövlət katibi Entoni Blinken aprelin 23-də Çinə uçacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” qəzeti amerikalı diplomat və rəsmilərə istinadən məlumat yayıb.

Dörd günlük səfər zamanı Blinken yüksək səviyyəli Çin rəsmiləri ilə görüşəcək.

Nəşrin qeyd etdiyi kimi, dövlət katibinin səfəri ticarətlə bağlı artan gərginlik, Çinin Rusiya ilə yaxınlaşması və Cənubi Çin dənizində Filippinə qarşı aqressiv hərəkətlər fonunda baş tutacaq.

Xəbər xətti