Dağıstanda Çeçenistanın fövqəladə hallar naziri, general-mayor Əlixan Cakayev saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baza Telegram-da məlumat yayıb.
Polis Cakayevi aprelin 14-də tutub. O, Novolakski rayonundakı Gerzel keçid məntəqəsinin yaxınlığında qara rəngli avtomobilindən çıxarılaraq üzü üstə asfalta uzadılıb. General-mayorun yanında heç bir sənəd olmayıb.
Nazirin tezliklə tibbi müayinədən keçmədən evə buraxıldığı qeyd edilir.