İndoneziyanın Şimali Sulavesi əyalətində Ruanq vulkanı püskürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İndoneziyanın təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli agentliyi məlumat yayıb.
Püskürmə nəticəsində ərazidən 828 nəfər təxliyə edilib. Tələfat və dağıntılar barədə məlumat verilmir.
Qeyd edək ki, İndoneziyada təxminən 130 vulkan var.