İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qırmızı dəniz və Ədən körfəzində İslam Respublikasının ticarət gəmilərini müşayiət etməyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin baş komandanı, kontr-admiral Şəhram İrani deyib.
“Biz gəmilərimizi Ədən körfəzindən Süveyş kanalının ağzına qədər müşayiət edirik və digər ölkələrin gəmilərini qorumağa hazırıq”, - o, bildirib.