Danimarka Ukraynaya təxminən 295 milyon avro (2,2 milyard kron) yardım ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu pullar döyüş sursatı, pilotsuz təyyarələrin alınmasına, həmçinin Çexiya və Niderland ilə birlikdə raket komponentlərinin istehsalına sərf olunacaq.
Yardım paketinə Ukraynanın müdafiə sənayesinə 200 milyon sərmayə yatırılması, həmçinin dəniz potensialının yaradılması üçün pul da daxildir.