Kanada hakimiyyəti növbəti beş il ərzində Ukraynanı 1,6 milyard Kanada dolları (1,16 milyard dollar) dəyərində hərbi yardımla təmin etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin dərc etdiyi növbəti maliyyə ili üçün federal büdcə layihəsində deyilir.
Sənəddə bildirilir ki, 2024-cü ilin büdcəsində Milli Müdafiə Departamentinə 2024-2025-ci illərdən başlayaraq beş il müddətində Ukraynaya hərbi yardım göstərmək üçün 1,6 milyard dollar ayrılması təklif edilir.///tass