İranın Ermənistandakı səfiri yenə sərsəmlədi

16:25 - 16 Aprel 2024 - Xəbər

İranın Ermənistandakı səfiri növbəti dəfə sərsəm açıqlaması ilə ermənilərə yarınmağa çalışıb

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani İsraili Cənubi Qafqazda "qeyri-sabitliyin" əsas mənbələrindən biri olduğunu iddia edib. Səfir daha da irəli gedərək bildirib ki, Qarabağdakı erməni əsgərləri (separatçılar -red.) İsrail silahları ilə öldürülüb.

Sobhani İsraili Cənubi Qafqazın hərbiləşdirilməsinə və regionun ayrı-ayrı ölkələri ilə İran arasında münasibətlərdə gərginliyin artmasında ittiham edib. 

Qeyd edək ki, belə bir açıqlama verən səfir nədənsə erməni hərbçilərinin Qarabağda, Azərbaycanın suveren torpaqlarında hansı əsasla olduğunu bildirməyib.

Xatırladaq ki, İran Azərbaycanın işğal altında olan ərazilərinə yanacaq daşıyır, separatçıları silah və sursatla təmin edirdi. Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını erməni işğalçılarından azad edərkən İran Ermənistana silah və ağır hərbi texnika daşıyırdı.

Xəbər xətti