ABŞ-da okeanda qəzaya uğrayan təyyarənin pilotu iti ilə birlikdə sahilə çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə KTLA məlumat yayıb. ABŞ-da okean sularına düşən təyyarədə həm pilot, həm də iti sağ qalıb.
Los Angeles County Yanğınsöndürmə İdarəsinin məlumatına görə, hadisə aprelin 14-də baş verib, təyyarə Cənubi Kaliforniya sahillərində qəzaya uğrayıb. Hadisə yerinə gələn hava-xilasetmə qrupu müəyyən edib ki, pilot və onunla birlikdə olan it özləri üzə bilib.
Pilotun suya enməsinə konkret nəyin səbəb olduğu və hansı təyyarə ilə uçduğu məlum deyil. Yanğınsöndürmə xidməti və sahil mühafizəsi batmış təyyarənin çıxarılması üçün əməliyyat aparır.