Qırğızıstandakı Soros Fondu fəaliyyətini dayandırıb

10:03 - 16 Aprel 2024 - DÜNYA

Qırğızıstanda 1993-cü ildən fəaliyyət göstərən Soros Fondu respublikada qəbul edilmiş qeyri-kommersiya təşkilatları haqqında qanuna görə öz fəaliyyətini dayandırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə fondun saytında məlumat verilir.

Bildirilir ki, “Soros-Qırğızıstan Fondu” beynəlxalq birlik tərəfindən maliyyələşdirilən yerli təşkilatların fəaliyyətinə qeyri-proporsional və lüzumsuz məhdudiyyətlər müəyyən edən yeni qanunun qəbulu ilə əlaqədar fəaliyyətinə xitam verilir”.

 

Təşkilat əlavə edib ki, fond Qırğızıstan vətəndaşları tərəfindən idarə olunur və maliyyə xaricdən gəlir. Bu, “qaçılmaz olaraq onu yeni qanunvericilik məhdudiyyətlərinə məruz qoyacaq”.

Xəbər xətti