Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasında (TŞ) İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı sənəd yayıb.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın dünya təşkilatındakı daimi nümayəndəsinin müavini Robert Vud deyib.
“Biz nə isə yaymışıq, görək bundan nə çıxacaq”, - o, jurnalistlərə bildirib.
"Biz baş verənlərə cavab verməliyik" - Vud deyib.