Rusiya və Tacikistan birgə təlimlərə başlayıb

15:02 - 15 Aprel 2024 - DÜNYA

Aprelin 15-də Rusiya və Tacikistan silahlı qüvvələrinin birgə ikitərəfli təlimləri başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilir ki, ölkələrin hərbi kontingentləri dövlət sərhədini mühafizə edərkən terrorçu dəstələri və nəzarət bölmələrini məhv etmək üçün silahlı qüvvələrdən istifadənin təşkili üzrə təcrübə aparırlar.

Qeyd olunur ki, təlimlər zamanı iki ölkənin hərbi kontingenti terrorçu dəstələrin məhv edilməsi üçün silahlı qüvvələrdən istifadənin təşkili üzrə məşq edir.

Xəbər xətti