Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsinə baxmağa başlayıb
Ucnoqta.az xəbər verir ki, iclas qanunverici orqanın internet saytında canlı yayımlanıb.
Qanunun müzakirəsi zamanı ciddi dava düşüb. Parlament çoxluğunun lideri, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi üzrə məruzəçi Mamuka Mdinaradze müxalifətdə olan “Vətəndaşlar” partiyasının rəhbəri Aleko Elisaşvili tərəfindən hücuma məruz qalıb.