İsrail ordusu Livandakı Hizbullah hədəflərinə zərbə endirib

13:58 - 15 Aprel 2024 - DÜNYA

 İsrail hərbçiləri Livan ərazisində şiə Hizbullah təşkilatının hədəflərinə yeni hava zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ötən gecə İsrail Hərbi Hava Qüvvələri qırıcıları Livanın cənubundakı Ayt əş-Şaab, Matmura, Siddiqin, Əl-Ləbbuna yaşayış məntəqələri yaxınlığındakı Hizbullah hədəflərinə, o cümlədən buraxılış meydançası və müxtəlif hərbi infrastruktur obyektlərinə zərbə endirib.

Xəbər xətti