Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir.
Ucnoqta.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə görə, Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları çərçivəsində nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum ödəniləcək.
Layihəyə əsasən, bu rüsum 15 dollar olacaq.