Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistana rəsmi səfərə gəlib.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan və Qazaxıstan hökumətləri beynəlxalq yol hərəkətinə əlavə və dəyişikliklərin edilməsi haqqında protokol imzalayıblar.
Bu müqaviləyə əsasən, nəqliyyat vasitələri vergi və rüsumlardan azad ediləcək.
Həmçinin İrəvan Astana, Vanadzor isə Çimkəndlə qardaşlaşmış şəhər olublar.
Ermənistan Respublikasının Armavir vilayəti ilə Manqistau vilayəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.