İranın müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırılıb

00:19 - 15 Aprel 2024 - DÜNYA

İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Seyid Mehdi Hosseini Mateen Xarici İşlər Nazirliyinə çağırılıb və ona İsrail ərazisinə edilən zərbələri pisləməsi bildirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Krallığın Xarici İşlər Nazirliyi İsrailin və bütün regional tərəfdaşların, o cümlədən İordaniya və İraqın təhlükəsizliyini qorumağa davam edəcəyini və bölgədə sabitliyi qorumaq və saxlamaq üçün beynəlxalq tərəfdaşlarla işləməyi vəd edib. London Tehranı əhəmiyyətli və təcili tədbirlər görməyə çağırıb.

Xəbər xətti