İsrail hərbi kabinetinin iclası başa çatdı: İrana hücum olacaq?

00:12 - 15 Aprel 2024 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahunun çağırdığı hərbi kabinet iclası başa çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, iclas zamanı hərbi kabinet üzvlərinin əksəriyyəti İranın hücumuna cavab tədbirlərinin lehinə çıxış edib, lakin onun miqyası və vaxtı ilə bağlı qərar qəbul edilməyib. Baş nazirlikdən görüşdən sonra heç bir açıqlama verilməyib.

Kan radiosunun məlumatına görə, görüş bir neçə saat davam edib. Radiostansiya məlumatlı mənbəyə istinadən qeyd edir ki, iştirakçıların əksəriyyəti İranın hücumuna tez reaksiya verilməsinin tərəfdarı olub, lakin son anda qərar qəbul edilməyib.///tass

Xəbər xətti