İsrail İranın hücumuna cavab verəcək

16:11 - 14 Aprel 2024 - DÜNYA

İsrail İranın hücumuna cavab vermək niyyətindədir, cavabın miqyası müəyyənləşdirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN İsrail rəsmisinə istinadən məlumat yayıb.

O, qeyd edib ki, bütün cavab variantları aprelin 14-də İsrail hərbi kabinetinin iclasında ətraflı müzakirə olunacaq.

Onun sözlərinə görə, yəhudi dövləti hücuma cavab olaraq “bütün qabları sındırmağa” və ya daha ölçülü bir şey etməyə çalışacağına qərar verməli olacaq.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan sözçüsü Conatan Konrikus bildirib ki, İran İsrailə hücumun nəticələri ilə üzləşəcək, miqyası dəyən ziyandan asılı olacaq.

Xəbər xətti