Azərbaycanda 5 ulduzlu hotellərdə qiymətlər ARTIB

18:00 - 13 Aprel 2024 - ÖLKƏ İÇİ

Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib.

Ucnoqta.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən araşdırmasına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 269 manat olmaqla Qubada qeydə alınıb. Ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb. 

İkinci yerdə 247 manat olmaqla Naftalanın hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 17,3 % çoxdur.

5 ulduzlu hotellər arasında üçüncü yeri isə 237 manat olmaqla Bakı tutub. Paytaxtda orta qiymət illik müqayisədə 25 % artıb.

Qəbələdə 5 ulduzlu hotellərdə bir gecə qalmaq 206 manata (4 % çox), Lənkəranda 170 manata (1,4 % çox), İsmayıllıda 155 manata (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb), Şabranda 154 manata (16,8 % çox), Qaxda 153 manata ( 3,3 % artıb), Qusarda 109 manata (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb) başa gəlib.

Xəbər xətti