Hollandiya Ukraynaya hərbi yardım göstərmək üçün əlavə 1 milyard avro ayırmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baş nazir Mark Rutte X-də yazıb.
“Mən indicə Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbətdə elan etdim ki, Hollandiya bu il daha 1 milyard avro hərbi dəstək ayıracaq. Bu, artıq planlaşdırılan 2 milyard avroya əlavədir. Həmçinin qərara alınıb ki, gələn il hərbi dəstək üçün 3 milyard avro ayıracağıq”, - deyə nazir bildirib.