Ufada bir nəfər bıçaqla özünü və iki polis əməkdaşını yaralayıb.
Ucnoqta.az xəbər verir ki, Başqırdıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, hücum edən şəxs və hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri xəstəxanaya yerləşdirilib.
Başqırdıstan üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ilkin məlumata görə, kişi narkotik sərxoşluğu vəziyyətində olub.